Koman Bavariya ya 50 milyon qazandıracaq

23.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Kinqsli Koman mövsümün sonunda "Bavariya"nı tərk edə bilər.

İdman.biz xəbər verir ki, franslı futbolçu Səudiyyə Ərəbistanından təklif alıb.

Münhen klubu Komanı 50 milyon avroya satmağa hazırdır. 28 yaşlı cinah hücumçusunun adının açıqlanmadığı klubda illik 25 milyon maaş alması gözlənilir. Kinqsli Asiya qitəsinə yollanmasa onun "Arsenal"a keçməsi gözlənilir.

Qeyd edək ki, Koman cari mövsümdə bütün turnirlərdə 37 matçda 7 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью