Komanda mənim üçün doğmadır Elmar Baxşıyev

26.05.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 36-cı turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Komandamı təbrik edirəm. Mövsüm ərzində böyük iş gördülər. İlk toplanışdan iddialarını ortaya qoydular və mövsümü layiq olduqları yerdə başa vurdular. Buna görə də onlara təşəkkür edirəm". 

Mütəxəssis bildirib ki, gələcək planlarla bağlı indidən nəsə deyə bilməyəcək: "Hələ rəhbərliklə söhbətimiz olmayıb. İstənilən halda komandaya uğur arzulayıram. Komanda mənim üçün doğmadır. Çünki birlikdə çox çətin yol qət etmişik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью