Qol.az saytına istinadən Icma.az xəbər verir.
Komanda oyuna gəlmədi, matç təxirə salındı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Nigeriya Premyer Liqasında (NPFL) növbəti tur çərçivəsində keçirilməli olan "El Kanemi Uorriors" - "Kun Xalifat" qarşılaşması baş tutmayıb.
QOL.az xəbər verir ki, buna səbəb qonaq komandanın oyuna gəlməməsi olub.
Məlumata görə, "Kun Xalifat"ın heyəti və klub rəsmiləri oyunun keçiriləcəyi Mayduquri şəhərinə gəlib çıxmayıblar. Nəticədə liqa rəhbərliyi matçı təxirə salmaq məcburiyyətində qalıb.
Hələlik nə "Kun Xalifat" klubu, nə də NPFL rəsmiləri komandanın səfərə yollanmamasının səbəbi barədə rəsmi açıqlama verməyib.