Komanda qalib gəlib, baş məşqçi istefaya göndərilib

26.03.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisi DÇ-2026 Asiya zonasının seçmə mərhələsində Şimali Koreya futbolçularına 2:1 hesabı ilə qalib gəlsə də, komandanın portuqaliyalı baş məşqçisi Paulo Bento ertəsi gün istefaya göndərilib.

İdman.biz xəbər verir ki, finişə iki tur qalmış BƏƏ millisi A qrupunda ikinci yeri tutan Özbəkistandan 4 xal geri qalaraq 3-cü yerdədir və mundiala birbaşa vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır.

Bento 2023-cü ilin iyulundan komandaya rəhbərlik edirdi. 55 yaşlı mütxəssis əvvəllər Portuqaliya (2010–2014) və Cənubi Koreya (2018–2022) millilərini, həmçinin "Sportinq" (2005–2009), "Kruzeyro" (2016) və "Olimpiakos" (2016–2017) komandalarını çalışdırıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью