Sia Az saytına istinadən Icma.az xəbər verir. “Komanda sayının artırılması təqdirəlayiqdir”.
Bunu SİA-ya Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
O, AFFA İcraiyyə Komitəsinin dünənki iclasında qəbul olunan qərarlara münasibət bildirib.
Mütəxəssisin sözlərinə görə, bir neçə ildir ki, bu barədə müzakirələr gedir: “AFFA-nın yeni rəhbərliyi bu qərar təsdiqlədi.
Bununla da çox böyük addım atdılar. Komanda sayının artırılmasının tərəfdarıyam.
Formatla bağlı bəzi məlumatlar var ki, təfərrüatı ilə müzakirə olunacaq.
Legioner limitinin ləğv edilməsi ilə bağlı qərara kimi bir çox fikirlər söylənilirdi.
İcraiyyə Komitəsinin qərarından sonra məlum olur ki, bütün məqamlara toxunularaq hər şey qeyd olunub.