Komanda yarışlarına yekun vurulub FOTO

03.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

21 yaşadək gənclər arasında ölkə birinciliyinin komanda yarışları keçirilib.

İdman.biz xəbər verir ki, qızlar arasında 3 komanda, oğlanlar arasında isə 5 komanda kubok uğrunda mübarizə aparıb.

Qızların yarışında 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq, oğlanların yarışında isə 66 k., 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb. Zəriflərin mübarizəsində qalib Cüdo Klub 2012 komandası olub. Gümüş medala Abşeron-Xızı regionunun komandası sahib çıxıb.

Oğlanların yarışında da çempion titulu Cüdo Klub 2012-yə qismət olub. Azəri-Cüdo İdman Klubu ikinci, Atilla İdman Klubu üçüncü yeri tutub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью