Icma.az, Idman.biz portalına istinadən məlumat verir. “Los Anceles Leykers”in keçmiş müdafiəçisi və Milli Basketbol Assosiasiyasının (NBA) ü
Bu barədə İdman.biz xarici mətbuata istinadən məlumat verir. “Bir səhər onu balıq ovuna dəvət etdim, lakin o gəlmədi.
Daha sonra ona tutduğum köpək balığının fotolarını göndərdim”, - Şou bildirib.
Şou Brayanta balıqla şəkil çəkdirdikdən sonra onu suya buraxdığını deyib. Brayantın sonrakı davranışı isə Şounu təəccübləndirib.
“Onu niyə suya buraxdığımı soruşdu. Mənsə bu vəziyyətdə başqa neyləyə biləcəyimlə maraqlandım. O dedi: “Onu öldürməli idin”.
Niyəsini soruşdum. Cavab verdi ki, ələ keçib, ona görə ölməlidir. Onun həyat fələsfəsi belə idi”, - Şou yekunlaşdırıb.
41 yaşlı Kobi Brayant 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində özəl Sikorsky S-76 helikopterinin qəzaya uğraması nəticəsində ölüb.
Qəzada onun 13 yaşlı qızı Cianna və ailə dostları da daxil olmaqla daha 8 nəfər həlak olub.