Komandada az da olsa, psixoloji gərginlik var idi Şəfa nın baş məşqçisi

28.11.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

1-ci Liqanın 9-cu turunda Şamaxıda "Şahdağ Qusar"ın qonağı olan lider "Şəfa" 2:0 inamlı qələbə qazanaraq liderliyini möhkəmlətdi. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Çətin oyun oldu. Bunu əvvəldən bilirdik. Çunki rəqib əzmkar, yaxsı təşkilatlanmış komandadır. Onların qapısı qarşısında qol fürsətləri yaratmaq heç də asan deyil. Ötən il İkinci Liqada çempion olublar. Əvvəlki turda xal itirdiyimizə görə az da olsa, komandada psixoloji gərginlik var idi. Buna baxmayaraq, planlaşdırdığımız oyunu nümayiş etdirdik və istədiyimiz qolları vura bildik. Qələbəyə görə futbolçularımıza təşəkkur edirəm. Azarkeşlərə də təşəkkur edirəm ki, uzun yol qət edərək komandamızı dəstəkləməyə gəldilər. Onların yanımızda olması bizə əlavə motivasiya verir".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью