“Komandada çox şey yaxşı alındı” Rəşad Eyyubov

07.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Türkiyənin İsparta şəhərində Bəhreyn yığmasına qarşı keçirilən yoxlama oyunundan (3:0) sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə danışan mütəxəssis oyunçuların performansından razı qaldığını qeyd edib:

“Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью