Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Ötən ilin noyabrında insult keçirən “Turan Tovuz”un baş meneceri İman Həsənov uzun fasilədən sonra “Səbail”lə oyunda komandanın düşərgəsində göründü.
“Football-plus.az” onunla əlaqə saxlayaraq, sağlıq durumu ilə maraqlanıb:
“Hələ tam sağalmamışam, nitqimdə problem qalır. Bir ay bu problem də aradan qalxmalıdı. Müalicə aldığım müddətdə “Turan Tovuz” rəhbərliyi, komanda üzvləri daim mənlə əlaqə saxlayıb, əlindən gələn yardımı göstərib”.
MÜZƏFFƏR QULUZADƏ