“Komandadan razıyam” millinin baş məşqçisi

03.12.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.

Qeyd edək ki, noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.

Əsas xəbərlər, Ölkə futbolu “Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”

29 Noyabr 2024, 11:08

Əsas xəbərlər, Ölkə futbolu Siyasət Əsgərov: “Nəticəyə görə heyfsilənirik”

30 Oktyabr 2024, 13:10

Əsas xəbərlər, Ölkə futbolu Əsgərov: “Sona qədər mübarizə aparmalıyıq”

25 Oktyabr 2024, 2:00

Əsas xəbərlər, Ölkə futbolu “Bu, onların zəhmətinin nəticəsidir” – Siyasət Əsgərov

17 İyul 2024, 14:18

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığması İsveçrə ilə üz-üzə

16 İyul 2024, 13:05

Əsas xəbərlər, Ölkə futbolu Siyasət Əsgərov: “Xallar qazana bilsəydik…”

13 İyul 2024, 1:34

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью