Komandam hücuma çıxmağı bacarır Vaqif Cavadov

20.12.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 18-ci turunda "Sumqayıt" səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib. 

QOL.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb: 

"Maraqlı və gərgin oyunun şahidi olduq. Komandamdan çox razıyam. Oyunun əvvəlində futbolçularda özünəinam az idi. Amma buna baxmayaraq yaxşı hücumlarımız oldu. Futbol oynaya bilirik, komanda hücuma çıxmağı bacarır. Sadəcə son nöqtəni qoya bilmədik. Meydança amili, ilin son matçının olması da təsir edə bilər. Bu istəklə oynamaq məni sevindirir. İnanıram ki, bu istəklə, bu oyunla yaxşı işlər görə bilərik. Futbolçularıma təşəkkür edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью