Komandama alqış düşür Vaqif Cavadov

01.02.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"la 0:0 heç-heçə etdikləri oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Maraqlı oyun alındı. Düşünürəm ki 1-ci hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penalti imkanını qola çevirə bilmədik. Amma belə rəqibə qarşı əldə olunan 1 xala görə komandama alqış düşür. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. Lakin göstərdiyimiz mübarizə ilə qələbə əzmimiz də artır. Növbəti oyunlara hazırlaşacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью