Komandama kömək etdiyim üçün xoşbəxtəm

30.11.2024

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Araz-Naxçıvan" Misli premyer-liqasının 15-ci turunda öz meydanında "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, naxçıvanlılara qələbə qazandıran qolun müəllifi Felipe Santos "instaqram" hesabında paylaşım edib. 8 qolla çempionatın bombardiyi olan braziliyalı hücumçu vacib qələbə qazandıqlarını bildirib:

"Komandama kömək etdiyim üçün xoşbəxtəm. Vacib qələbə qazandıq. Hər kəs bir məqsəd üçün çalışır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью