“Komandamın oyunundan çox razı qaldım” İslandiya millisinin baş məşqçisi

06.09.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

İslandiya yığmasının baş məşqçisi Arnar Gyunnleyqsson 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycana qarşı keçirilən oyun barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında komandasının 5:0 hesablı qələbəsini belə şərh edib:

“Matçdan öncə qələbə barədə düşünürdük. Yaxşı oyun sayəsində istəyimizə çatdıq. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью