Komandamız bu gün tarix yazdı Haitinin baş məşqçisi

23.03.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

"Komandamız bu gün tarix yazdı".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Haitinin futbol üzrə millisinin baş məşqçisi Sebastien Minye Azərbaycan yığmasına qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

"Futbolçularımın çıxışından razı qaldım. Bu yığmamızın ardıcıl 9-cu qələbəsidir. Rəqib komanda da pis təsir bağışlamadı. Azərbaycan seçməsinə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm".

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan Azərbaycan – Haiti görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью