Qol.az saytına istinadən Icma.az xəbər verir. Bu gün “Araz-Naxçıvan”la yeni müqavilə imzalayan baş məşqçi Elmar Baxşıyev klubun saytına açıq
QOL.az xəbər verir ki, o, daha yaxşı komanda qura biləcəyini deyib: “Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yen
Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim.
Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü.
Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı.
Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq".
E.Baxşıyev Konfrans Liqasına hazırlıq barədə də danışıb: "Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir.
Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq.