Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Mini futbol üzrə milli komandamızın dünya çempionu olması xəbəri Azərbaycan idman tarixi
Dünən keçirilən final qarşılaşmasında milli komandamız güclü və təcrübəli Macarıstan millisini 4-2 hesabı ilə məğlub edərək dünya çempionu t
Bu, həm komandanın, həm də ölkəmizin böyük qələbəsidir". Bu sözləri SİA-ya açıqlamasında mini futbol üzrə U-23 komandasının və "AzNur" koman
Onun sözlərinə görə, bu uğurun arxasında illərlə davam edən zəhmət, peşəkar məşqçilik və oyunçuların yüksək səviyyədə hazırlığı dayanır.
Komandamız turnir boyunca göstərdiyi möhtəşəm oyunla öz gücünü və taktiki bacarığını nümayiş etdirdi: "Hər bir oyunçunun səyləri, komanda ruhu və birgə mübarizəsi nəticədə belə parlaq nəticə ilə mükafatlandırıldı.
Doğrudan da, turnirin əvvəlində belə böyük bir uğuru gözləmək bəlkə də çətin idi, çünki dünya çempionatında iştirak edən komandalar çox yüksək səviyyədə idmançılardan ibarətdir.
Ancaq milli komandamızın qətiyyətli və özünə inamlı oyunu bütün şübhələri aradan qaldırdı.
Final oyununda Macarıstan kimi güclü rəqibə qarşı 4-2 kimi inamlı qələbə qazanmaq, komandamızın dünya səviyyəsindəki potensialını bir daha təsdiqlədi.