Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Komandada ümumi gərginlik var. Bu da son məğlubiyyətlərin fonundadır. Bir qara zolağa düşmüşük. Hər bir komandada ola bilər. İnanırıq ki, bu vəziyyətdən çıxacağıq. Yeni yaranmış komandadır, tədricən oyununu tapmağa çalışır".
Bu sözləri QOL.az-a açıqlamasında "Şəfa" klubunun vitse-prezidenti Əfran İsmayılov deyib.
"Şəfa" Misli Premyer Liqasında 9 turdan sonra 9 xalla 11-ci pillədədir. Mövcud durumla bağlı danışan klub rəsmisi bildirib ki, nəticə ürəkaçan olmasa da, vəziyyətdən baş məşqçi Zaur Həşimovla birlikdə çıxmaq istəyirlər:
"Zaur müəllimlə hər gün görüşürük, danışırıq. Onu da başa düşürəm, çox üzgündür. Hər gün məsləhətləşirik, çalışırıq ki, bu durumdan birlikdə çıxaq. Çünki rəhbərlik bizə hər cür şərait yaradıb. Heç bir ehtiyacımız yoxdur. Yeni yaranmış komandadır, hələ istədiyi oyunu tapmayıb.
"Şamaxı" və "Kəpəz"lə son oyunlara baxsaq, qol vururuq, öndə oluruq, amma sonda uduzuruq. Bunu da analiz edirik ki, niyə sonluq belə olur. Nə olur-olsun bu vəziyyətdən təcili çıxmaq lazımdır. Yaradılan şəraitin qarşısında mütləq nəticə verməliyik. Hər bir şey nəticəyə gəlir. Sonda nəticə soruşulur".
Ramiq Ağaməmmədov