“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür” Ramiz Zerrouki

19.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür” - Ramiz Zerrouki

“Tvente”nin futbolçusu Ramiz Zerrouki UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyun barədə danışıb.

QOL.az xəbər verir ki, Əlcəzair milllisinin 28 yaşlı yarımmüdafiəçisi matçdan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ı təcrübəli komanda adlandırıb:

“Komandamızda bu oyunun həyəcanı çox böyükdür. Bunun üçün uzun müddət çalışmışıq və artıq həlledici məqam gəlib çatıb. Söhbət iki oyundan gedir, amma ümid edirik ki, sabah çox vacib bir addım ata biləcəyik.

Avropa Liqasında pley-off-a vəsiqə qazana bilməməyimizə görə məyus idik. Evdə “Ferentsvaroş”la matçda yaxşı anlarımız oldu, səfər görüşündə isə öz səviyyəmizdə çıxış etmədik. Bundan sonra diqqəti Konfrans Liqasına yönəltməliyik.

İndi buradayıq və “Qarabağ”la oyuna hazırıq. “Qarabağ” təcrübəli komandadır. Futbol oynamağı sevir və meydanda həll yollarını məhz topla oynamaqla tapmağa çalışır. Əsl qüvvələr nisbətinin necə olduğunu sabah meydanda görəcəyik”.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı sabah Enshededə keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью