“Komandamızda yüksəliş hiss olunur”

20.12.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVI turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (1:2) sonra meydan sahibi komandanın məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Gərgin oyun olacağını bilirdik. “Neftçi”ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəlliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü “Karvan-Yevlax” olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq.

– Komandanın üstünlüyü əldən verməsinin səbəbi nədir?
– Müdafiədə buraxdığımız səhvlər. Rəqibin təzyiqi artıqda səhvlər də artır. Bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.

– Rəqib baş məşqçi futbolçularınızın vaxt uzatdığını bildirdi. Buna münasibətiniz necədir?
– Məncə vaxt uzatmaq yox idi. Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.

– Qışda nələri dəyişmək istəyirsiz?
– Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью