Icma.az bildirir, Sia Az portalına istinadən. Gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Məmmədovun SİA-ya müsah
Yarış barədə fikirləriniz? - Yarış çox yaxşı şəkildə təşkil olunub. Hazırda da Antalya şəhərindəyik.
Gənclərimizlə birlikdə yüksək nəticə əldə etmək üçün çalışırıq. Mən bundan öncə yeniyetmələrdən ibarət komandamıza başçılıq edirdim.
Daha sonra Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov tərəfindən 2025-ci ildən yeni vəzifəmi icra edirəm.
2005-ci ildə ilk məşq toplanışı etdik, həmçinin idmançılarımızla tanış olduq. İndi də mübarizə aparırıq.
Ümid edirik ki, hər şey yaxşı olacaq. - Ölkəmiz bu yarışda 27 idmançı ilə təmsil olunur.
Bu qədər idmançı ilə təmsil olunmaq necə bir hissdir? - Bu say məni olduqca sevindirir. Bütün heyətimizlə burdayıq.
Gənclər və İdman Nazirliyinə eyni zamanda Azərbaycan Taekvondo Federasiyamıza təşəkkür edirik ki, bu yarışda tam komanda ilə mübarizə aparmaq imkanını bizə yaradılar.