Komandamızı “ölüm dirim” savaşı gözləyir Sevinc Litva zəfəriylə Monteneqro səfərindən danı…
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qadın futbolçulardan ibarət yığma Millətlər Liqasında Litvanın qonağı oldu və qalib gəldi - 2:0."Football-plus.az" oyunla bağlı fikirlərini öyrənmək məqsədilə yığmanın kapitanı Sevinc Cəfərzadəylə əlaqə saxladı:"Matç istədiyimiz tərzdə keçdi.
Diqtə edən tərəf biz idik. Plana uyğun davrandıq. Litva yığmasıyla ilk dəfə qarşılaşdıq. Əlbəttə, bunun öz çətinliyi var idi.
Məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirməklə layiq olduğumuz üç xalı qazandıq. Rəqib cəmi bir təhlükəli vəziyyətlə yadda qaldı.
Bu da öz səhvimizdən oldu. Komanda olaraq, tez reaksiya göstərib "günahımızı yuduq".
Hər halda, oyun ərzində hər baxımdan biz öndə idik".Kapitan aprelin 8-də Monteneqro ilə keçiriləcək oyun haqda da danışdı:"Bu görüşdə qalib gəlməklə lider ola bilərik.
Bilirik ki, bizi çox ağır oyun gözləyir. Monteneqroya qarşı bütün matçlarımız çətin keçir. Bu komandanın üzvləri güclü liqalarda çıxış edir.
Buna baxmayaraq, oyuna tam hazır olacağıq. Təəssüf ki, başqa çətinliklərlə üz-üzəyik. Oyunlar səfərdədi, həmçinin itkilərimiz var.
Tam oxu
Xəbəri oxu