Fanat saytına istinadən Icma.az xəbər verir.
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Paraqvay yığması ilə qolsuz bərabərliyə razılaşan Avstraliya yığmasının baş məşqçisi Toni Popoviç fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Komandamızın çıxışı inanılmazdır. Bu möhtəşəm gənc komanda ilə qürur duyuram. İndi Dallas şəhərinə yollanırıq və orada xüsusi nəsə etməyə çalışacağıq. Hər kəsə minnətdaram".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul