Komandamızın potensialı böyükdür Araz Naxçıvan ın baş məşqçisi

31.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 3-cü turunda Qəbələ şəhər stadionunda "Sabah"a 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Sabah" komandasını UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Özümüzə gəldikdə, "Neftçi" ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdür. Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью