Komandamla qürur duyuram Meriç Gəncə üzərində qələbəni dəyərləndirdi | Icma.az
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Şəki”nin baş məqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin 3-cü oyununda “Gəncə” üzərində qazandıqları qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis fikirlərini klubun mətbuat xidmətinə bölüşüb: “Şəki”nin pəri nağılı davam edir.
Uşaqlar hər şeyi haqq edirlər. Komandamla qürur duyuram. ”Gəncə”ni də gözəl oyuna görə təbrik edirəm.
Bu rəqiblə 7 matç keçirib, 4-də qalib gəldik. Bu matçda texniki cəhətdən zəif oynaya bilərik.
Amma oyunda heç vaxt qələbədən vaz keçməyən komandamız var idi. Biz komandanı bu fəlsəfə ilə qurmuşuq.
“Şəki” növbəti mövsüm A qrupunda oynamaq hüququ əldə edib. Yarımfinaldakı rəqibimiz “Sabah” Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir.
Həmçinin bu mövsüm Avropa Kubokunda oynamış bir komandadır. Səviyyə fərqi eyni olmasa da, mübarizəyə eyni şəkildə davam edəcəyik.
Tam oxu
Xəbəri oxu