“Komandanın gücünü itirdiyini düşünmürük” Pusi getdi, “Şamaxı” da gedəcək?

20.02.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şamaxı” aparıcı futbolçusu ilə yolları ayırıb. “Şirlər”in hücumçusu Belajdi Pusi Rusiya premyer-liqasında çıxış edən “Fakel”lə anlaşıb. “Şamaxı”nın digər hücumçusu Leroy Mikels isə zədəlidi.

Belə itkilər fonunda komandanın yenidən 1-ci liqaya yuvarlanmaq təhlükəsi nə dərəcədə realdı? Bu sualı “Sektor 56”nın media üzrə əlaqələndiricisi Adil Bağıyevə ünvanladıq:

“Ayxan Abbasova və yeni transferlərə tam güvənirik. Komandanın gücünü itirdiyini düşünmürük. Əksinə, heyət daha da güclənir. Leroy Mikelsin zədəsi ciddi deyil, gələn həftə sıraya dönəcək. Hücum xəttində isə Tuikin performansına inanırıq. Mövsüm uzun marafondu və biz sona qədər mübarizə aparacağıq”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью