Komandası darmadağına uğradı, Nəriman isə...

22.08.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Süper Liqasının 2-ci turu çərçivəsində keçirilən matçda "Ərzurumspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib.

Fanat.Az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin 4:0 hesablı darmadağını ilə başa çatıb.

"Qalatasaray"ın qollarını 12-ci dəqiqədə R. Sallai, 20-ci dəqiqədə Yunus Akgün, 45 və 80-ci dəqiqələrdə isə V. Osimhen vurub.

"Ərzurumspor"un heyətində çıxış edən azərbaycanlı hücumçu Nəriman Axundzadə 55-ci dəqiqədə G. Kerkün əvəzinə meydana daxil olsa da, komandasını ağır məğlubiyyətdən xilas edə bilməyib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью