Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu

03.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu

“Qarabağ”a transferi gözlənilən Bense Varkonyi ilə bağlı yeni iddia ortaya çıxıb.

QOL.az xəbər verir ki, Macarıstanın “Zaol” nəşri 24 yaşlı mərkəz müdafiəçisinin artıq Bakıya gəldiyi vı "Qarabağ” üçün tibbi müayinədən keçdiyini yazıb.

Mənbənin məlumatına görə, “Zalaegerszeg”in futbolçusu həftənin əvvəlində komanda ilə vidalaşıb. Bildirilir ki, transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Macarıstan və Belçika mətbuatı “Qarabağ”ın Varkonyinin transferi üçün “Zalaegerszeg”ə 1 milyon avro ödəyəcəyini və futbolçu ilə 3 illik müqavilə imzalayacağını yazmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью