Komandası ilk qələbəsini qazandı, Mahir isə...

11.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşa Ekstraklasında 8-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" doğma meydanda "Motor Lublin"i qəbul edib.

Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Rakuv"un heyətində hər iki qola P.Makuç imza atıb.

Oyuna start heyətdə başlayan Mahir 87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu, "Rakuv"un yeni mövsümdə qazandığı ilk qələbə olub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью