Komandası İngiltərə klubu ilə qarşılaşdı, Nəriman isə...

13.07.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

ABŞ-ın "Kolumbus Kryu" klubunda çıxış edən azərbaycanlı vinger Nəriman Axundzadə komandasının heyətində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, "Kolumbus Kryu" yoxlama oyununda İngiltərə təmsilçisi "Börnli" ilə üz-üzə gəlib.

"ScottsMiracle-Gro Field" stadionunda baş tutan qarşılaşmada baş məşqçi Nərimana ilk "11-lik"də şans tanıyıb.

Gərgin keçən yoldaşlıq oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesabı 49-cu dəqiqədə "Kolumbus Kryu"nun heyətində Qazdaq açsa da, "Börnli" 88-ci dəqiqədə Adevuminin qolu ilə bərabərliyi təmin edib.

Hazırda 15 oyundan sonra hesabında 16 xal olan “Kolumbus Kryu” turnir cədvəlində 10-cu pilləsində mövqe tutub. Komanda MLS liqasında fasilədən sonrakı ilk oyununu 23 iyulda "Nyu York Siti"yı qarşı keçirəcək.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью