Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sevilya"nın müdafiəçisi Markao İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən ciddi şəkildə cəzalandırılıb.
QOL.az xəbər verir ki, ."Marca"nın məlumatına görə, braziliyalı futbolçu "Real"la səfər oyununda yol verdiyi hərəkətlərə görə 6 oyunluq diskvalifikasiya alıb.
Belə ki, Markao həmin görüşdə qırmızı vərəqə alıb və baş hakimə qarşı kobud ifadələr işlədib. Cəzanın ən ağır hissəsi məhz hakimə ünvanlanan təhqir və şifahi hücumlarla bağlı olub. Bu səbəbdən o, 4 oyunluq diskvalifikasiya ilə cəzalandırılıb. Daha 2 oyunluq cəza isə iki sarı vərəqə alaraq meydandan qovulması və qeyri-idman davranışına görə tətbiq edilib.
Qeyd edək ki, "Sevilya" səfərdə "Real"a 0:2 hesabı ilə məğlub olub.