Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Komandası Messini belə təbrik etdi - Şəkil
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Argentina millisinin futbolçuları komandanın hücumçusu və kapitanı Lionel Messini ad günü münasibətilə təbrik ediblər.
QOL.az xəbər verir ki, bu gün, iyunun 24-də ulduz futbolçunun 39 yaşı tamam olub. Messi sosial şəbəkə səhifəsində komanda yoldaşları ilə çəkdirdiyi şəkli paylaşaraq "Ötən gecəyə xoş bir sürprizlə başladıq. Təşəkkürlər!" şərhini yazıb.
Qeyd edək ki, Messi DÇ-2026-nın qrup mərhələsində Əlcəzairlə oyunda (3:0) het-trik, Avstriya ilə qarşılaşmada isə (2:0) dubl edib. Onun uğurlu çıxışı Argentina millisinin pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanmasına kömək edib.
Argentina yığması qrup mərhələsinin son turunda iyunun 28-də İordaniya millisi ilə qarşılaşacaq.