Komandası qələbə qazandı, Mahir isə...

09.03.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Proyssen”i 1:0 hesabı ilə üstələyib.

Mahirin adı bu oyunun iştirak ərizəsinə salınmayıb. 

Bu qələbə sayəsində xallarının sayını 38-ə çatdıran “Nürnberq” turnir cədvəlinin  8-ci pilləsində mövqe tutub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью