Komandası qələbə qazandı, Nəriman isə...

05.09.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasının 4-cü turunda “Ərzurumspor” doğma meydanda “Konyaspor”u qəbul edib.

Fanat.Az xəbər verir ki, meydan sahibləri rəqibini 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qol 17-ci dəqiqədə Eren Tozludan gəlib.

Azərbaycanlı futbolçu Nəriman Axundzadə matça ehtiyat oyunçular skamyasında başlayıb və görüşü ehtiyatda başa vurub.

Bu qələbədən sonra “Ərzurumspor” 4 turdan sonra 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью