Komandası səfərdə, özü ticarət mərkəzində Video

02.02.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Fənərbaxça”nın yollarını ayırmağa hazırlaşdığı kolumbiyalı hücumçu Con Duranın Kadıköydəki ticarət mərkəzində görünməsi transfer gündəmini yenidən hərəkətə gətirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 22 yaşlı forvardın oyunda iştirak etməməsi onun komandadakı gələcəyi ilə bağlı sualları artırıb.

Qeyd edək ki, “Fənərbaxça” hazırda səfərdə “Kocaelispor”la qarşılaşır. Duran isə ayağındakı ağrılar səbəbindən heyətdə yer almayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью