Komandaya bu qədər çox pul verən tanınmış şəxs kimdir?

09.11.2024

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Premyer Liqanın üçüncü turundan təxirə salınmış matçda "Zirə"yə 1:0 hesabıyla qalib gələn "Araz-Naxçıvan"ın qazancı məlum olub.

Ürfan Abbasovun 48-ci dəqiqədə vurduğu qolla 3 xal əldə edən Muxtar Respublika təmsilçisinin futbolçuları böyük miqdarda irəli düşüb.

Belə ki, yerli futbol federasiyasının prezidenti Zaur Axundov komandaya 60 min manat mükafat verib.

Elmar Baxşıyevin çalışdırdığı kollektiv çempionatda 11 oyun keçirib, 24 xal toplayıb.

Üçüncü pillədə yer alan "Araz" ondan 1 matç çox keçirmiş "Turan Tovuz"dan 1 xal geri qalır. (sportinfo.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью