Komando yoldaşı Ronaldodan danışdı: Azan vaxtı...

03.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının “Əl-Diraiyah” komandasında çıxış edən Vəlid Abdullah “Əl Nəsr”in kapitanı Kriştianu Ronaldo ilə bağlı maraqlı fikirlər səsləndirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, portuqaliyalı ulduzun azan səslənən zaman məşqçidən məşqləri dayandırmağı xahiş etdiyini bildirib:

“Əgər məşq zamanı azan səsləndirdisə, Ronaldo məşqçiyə yaxınlaşıb məşqin dayandırılmasını istəyərdi. O, çalışdırıcıya bizim namaza getməli olduğumuzu bildirirdi. Kriştianu İslamla yaxından maraqlanırdı. O, hətta namazın rükətlərini də öyrənməyə çalışırdı”.

Qeyd edək ki, Vəlid Abdullah Kriştianu Ronaldo ilə birlikdə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью