Komandoların təlimi keçirilib, atəş tapşırıqları yerinə yetirilib VİDEO

10.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib.

Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib.

Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью