Komaya düşən 20 yaşlı gənc öldü Hərbi xidmətdən təzə gəlibmiş

13.02.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə təzə dönübmüş.  

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью