Komaya düşən həkim evə buraxıldı, amma...

08.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Sentyabrın əvvəlində mədəkiçiltmə əməliyyatından sonra komaya düşərək Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış oftalmoloq, “Universal” hospitalın baş həkimi Aytən Sultanova evə buraxılıb.

Axar.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanadan Teleqraf-a açıqlamada A.Sultanovanın sözügedən xəstəxanada müalicə almadığı bildirilib.

Həkimin yaxınlarından əldə etdiyimiz məlumata görə, oftalmoloq komadan ayılıb və evə aparılıb, amma tam hərəkətsiz və anlaqsız vəziyyətdədir.

Qeyd edək ki, A.Sultanovanın mədəkiçiltmə əməliyyatından sonra güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə etməsi nəticəsində səhhəti ağırlaşmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью