Icma.az, Azertag portalına istinadən məlumat verir.
Artıq qış fəslinin gəlməsinə az bir vaxt qalıb. Bu fəsildə aktual olan məsələlərdən biri də evlərin istilik təchizatıdır. Evlərin qızdırılmasında ən çox istifadə olunan istilik sistemi isə kombilərdir. Kombi sistemləri hər nə qədər effektiv olsa da, insan həyatı üçün bir o qədər də risk və təhlükə daşıyır. Burada ən vacib məqam kombilərin düzgün yerdə və qaydalara uyğun şəkildə quraşdırılmasıdır.