Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Komedixana" layihəsinin əsas simalarından biri olan aktyor və ssenarist Ənvər Abbasov bu dəfə səhnədəki yumoru ilə deyil, canlı ifası ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, onun səsləndirdiyi ifa qısa müddətdə sosial şəbəkələrdə yayılaraq gündəm olub. Aktyorun performansı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri aktyorun ifasını yüksək qiymətləndirərək, "Bəzi müğənnilərdən daha yaxşı oxuyur", "Təbii səslənir", "Səhnədə təkcə aktyor deyil, ifaçı kimi də uğurludur" kimi rəylər yazıblar.
Qeyd edək ki, Ənvər Abbasov uzun illərdir tamaşaçıların sevgisini qazanan layihələrdə yer alır və bu dəfə fərqli tərəfi ilə izləyicilərin qarşısına çıxaraq müsbət təəssürat yaradıb.
Musa
Milli.Az