“Komedixana”nın rəhbəri: “Qarabağ” bərabərə də qalsa, min bərəkət” İdman və Biz

23.01.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qarşılaşma “Qarabağ” üçün asan olmayacaq”.

Bunu İdman.biz-ə aktyor Ənvər Həsənov deyib.

Ağdam klubuna azarkeşlik edən ssenarist Avropa Liqasının Liqa mərhələsində "Qarabağ" – FCSB (Rumıniya) matçı ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, bu gün baş tutacaq qarşılaşmada Azərbaycan çempionun qələbə qazanacağına ümid edir: “Fikrimcə, oyun çətin olacaq. Juninyo da yoxdur. Çox güman bunun da təsiri olacaq. Rumıniya klubuna da qələbə lazımdır. Dua edək, matç 2:1 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə bitsin. Bərabərə də qalsalar, min bərəkət. 1 xal da, 1 xaldır. İnşallah, axşam “Qarabağ” qalib gələr”.

Qeyd edək ki, Ənvər Abbasovun rəhbəri olduğu “Komedixana” layihəsində vaxtaşırı Azərbaycan futbolunun problemlərinə dair səhnəciklər yer alır.

Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью