Komediya aktyorlarını cılız adlandırdı

15.07.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Əməkdar artist Çingiz Əhmədov gənc aktyorları "cılız" adlandırıb. 

Axşam.az xəbər verir ki, aktyor bu haqda "Bir gün" proqramında danışıb. O bildirib ki, yeni peşəkar komediya aktyoru yetişmir:

"İndiki aktyorlar çox cılızlaşıb. Biz maraqlı əsərlər oynamışıq. O vaxt mərhum Hacıbaba Bağırov dedi ki, istəyirəm məndən sonra aktyorlar olsun, təlxək yox. O da Çingiz Əhmədov gəldi. Vaxtında bir neçə rolunu mənə həvalə etdi. Komediya janrında aktyor tükənib, teatr yoxdur. Vokalçılar var, amma komediya sahəsi cılızlaşıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью