Kömək üçün ABŞ ın qapısını döydülər, İran sərt tənqid etdi

12.04.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin 12-ci Kanal televiziyasının Livanlı mənbəyə istinadən yaydığı məlumata görə, Beyrut hökuməti ilk mərhələdə atəşkəs tələb etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, mənbənin sözlərinə görə, rəsmi Beyrut Hizbullahın tərksilahından əvvəl dərhal atəşkəsin əldə olunmasını istəyəcək. Bununla yanaşı, təşkilatın tərksilahı üçün ABŞ-dan hərbi dəstək istənilməsi də gündəmdədir.

Eyni mənbə bildirir ki, Livan 2023-cü ilin oktyabrından etibarən İsrail hücumları nəticəsində ciddi dağıntılara məruz qalan infrastrukturun bərpası üçün ABŞ-dan genişmiqyaslı iqtisadi yardım paketi tələb etməyə hazırlaşır.

Bu arada, İsrail və Livan arasında birbaşa danışıqların başlanması istiqamətində addımların atılacağı da açıqlanıb.

Digər tərəfdən, İran liderinin beynəlxalq münasibətlər üzrə müşaviri Əli Əkbər Vilayəti Livandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb. O, Baş nazir Nəvaf Salama ünvanladığı mesajda Hizbullahın rolunun nəzərə alınmasının vacibliyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Hizbullahın və ümumilikdə “müqavimət” qüvvələrinin rolunu görməməzlikdən gəlmək Livanı ciddi təhlükəsizlik riskləri ilə üz-üzə qoya bilər. Onun sözlərinə görə, ölkədə sabitlik yalnız dövlət strukturları ilə bu qüvvələr arasında mövcud balans və əməkdaşlıq sayəsində təmin oluna bilər.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью