Köməksiz qalan 7 yaşlı uşaq belə xilas edildi Video

26.11.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2019-cu il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью