Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

07.02.2025

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью