Köməksiz vəziyyətdədir, amma xəstəxanalar qəbul etmir

13.11.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xətai rayonunun Şirin Mirzəyev küçəsində yaşayan Serqey Pronin bir neçə ay əvvəl baş vermiş yol-nəqliyyat hadisəsindən sonra tibbi yardım ala bilmədiyindən şikayətçidir. 

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, 2025-ci ilin may ayında avtomobil tərəfindən vurulduqdan sonra səhhəti pisləşib və əvvəlki kimi özünü yaxşı hiss etmir:

"Daim öskürürəm, başım gicəllənir. Maddi imkanımız da məhduddur. Göndərişlə müraciət etsəm də, xəstəxanalar məni qəbul etmir, 'yer yoxdur' deyib geri qaytarırlar", - deyə Serqey Pronin bildirib.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Asya Hüseyn
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью