Kometa A ölkədən 310 min dollar çıxarıb Cərimə olundu

03.02.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Bank "Azlayihə İnşaat" şirkətinə qoşulan "Kometa-A" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) külli miqdarda cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank sözügedən şirkət tərəfindən 310 000 ABŞ dolları məbləğində vəsaitin 21 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülməsi faktını aşkar edib.

Ödənişin aparıldığı gündən 2 ildən çox müddət keçməsinə baxmayaraq, həmin 310 000 dollar hesabına alınan mallar və ya xidmətlər ölkəyə idxal olunmayıb və ya bu məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Mərkəzi Bank tərəfindən "Kometa-A" MMC-nin qanuni təmsilçisi Eyvazov Samran Tahir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə baxılıb.

Məhkəmənin hökmü ilə Samran Eyvazov İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və xətanın birbaşa obyekti olan 310 000 dolların 20%-i, yəni 62 000 dollar miqdarında cərimə olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında "Kometa-A" MMC "Azlayihə İnşaat" şirkətinə qoşularaq ləğv edildiyini elan edib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью